"Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb"

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Andre Silva Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır. İlk dəqiqələrdən sonadək yaxşı oynadıq. Start heyətdə kimlərin yer alacağı dəqiq deyil. Mən və komanda yoldaşlarım əlimizdən gələni edirik. Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest