"Rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir"

"Bizim üçün həm oyun, həm də hesab cəhətdən çox çətin bir matç oldu. Oyunçular əllərindən gələni etdilər. Futbolçularımızın daha böyük uğurlar qazanmaq şansı var idi. Onlar istedadlıdırlar və xarakterləri güclüdür. Onlar hər cəhətdən nümunəvi oyunçulardır. Qrupda 15-16 xal qazanmalı idik, amma hazırda 11 xalımız var". Matc.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş ötən gün Dç-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzduqları matç haqqında danışarkən deyib:
 
"Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Bizim üçün həm oyun, həm də hesab baxımından pis gecə oldu. Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Azarkeşlərin haqqımda dediklərinə və yazılanlara hörmətlə yanaşıram. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Oyunçuların səylərinə və yaxşı niyyətlərinə şübhəm yoxdur. Fanatların etiraz etməsi normaldır. Amma rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest