Futbol üzrə Türkiyə Super Liqasında 4-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Tura "Fatih Karagümrük" – "Adana Dəmirspor" və "Konyaspor" – "Altay" matçlarıyla start verilib. İtaliyalı Vinçentso Montellaya tapşırılan Adana təmsilçisi, yeni baş məşqçisinin debüt matçında 4 cavabsız qola üzülüb. Konyadakı matçda da meydan sahibləri inamlı qələbəyə seviniblər.
 
Son çempion "Beşiktaş" bu turda doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib və 3 cavabsız qolla qalib gəlib. "Kayserispor" isə "Kasımpaşa"nı məğlub yola salıb.
 
Türkiyə Super Liqası
4-cü tur
11 sentyabr
 
Fatih Karagümrük – Adana Dəmirspor 4:0
Qol: Peşiç, 14; 21. Bertolaççi, 58. Karamo, 79.
 
Konyaspor – Altay 3:1
Qol: S.Dikmen, 7. A.Bardakçı, 20. Rahmanoviç, 83 – Rayan, 90+2.
 
Beşiktaş – Yeni Malatyaspor 3:0
Qol: Batşuayi, 7; 52. Nkudu, 10.
 
Kayserispor – Kasımpaşa 2:0
Qol: Mensah, 33. M.Kardozo, 90+2.
 
12 sentyabr
 
18:00 Fənərbaxça – Sivasspor
18:00 Rizəspor – Hatayspor
21:00 Trabzonspor – Qalatasaray
21:00 Göztəpə – Başakşəhər
 
13 sentyabr
 
21:00 Qaziantep – Antalyaspor
21:00 Alanyaspor – Girəsunspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest