Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Altınordu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Namik bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Bursaspor" 4 turdan sonra 1 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest