Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə 8 qrup üzrə 15 qarşılaşma keçirilib.
Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" İtaliya "Latsio"sunu qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. "Fənərbaxça" isə Almaniyada "Ayntraxt"ın qonağı olub. Frankfurtda keçirilən oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, Avroliqada qrup mərhələsinə ötən gün C qrupu çərçivəsində keçirilmiş "Spartak" (Moskva, Rusiya) – "Legiya" (Polşa) matçı ilə start verilib. Bu oyunda Polşa təmsilçisi səfərdə 1:0 hesablı qələbəyə sevinib.
Avropa Liqası
Qrup mərhələsi
16 sentyabr
A qrupu
Bröndbü" (Danimarka) – "Sparta" (Praqa, çexiya) 0:0
"Reyncers" (Şotlandiya) – "Olimpik" (Lion, Fransa) 0:2
Qol: Ekambi, 23. Tavernye, 55-öz qapısına.
B qrupu
"Monako" (Fransa) – "Şturm Qrats" (Avstriya) 1:0
Qol: Diatta, 66.
PSV (Niderland) – "Real Sosyedad" (İspaniya) 2:2
Qol: Gotse, 32. Qakpo, 54 – Yanuzay, 34. İsak, 39.
C qrupu
"Lester Siti" (İngiltərə) – "Napoli" (İtaliya) 2:2
Qol: A.Peres, 9. Barnes, 64 – Osimhen, 69; 87.
D qrupu
"Ayntraxt" (Almaniya) – "Fənərbaxça" (Türkiyə) 1:1
Qol: Lammers, 41 – M.özil, 10.
"Olimpiakos" (Yunanıstan) – "Antverpen" (Belçika) 2:1
Qol: El Arabi, 52. Ryabçuk, 87 – Samatta, 75.
E qrupu
"Qalatasaray" (Türkiyə) – "Latsio" (İtaliya) 1:0
Qol: Strakoşa, 67-öz qapısına.
"Lokomotiv" (Moskva, Rusiya) – "Olimpik" (Marsel, Fransa) 1:1
Qol: Anjorin, 89 – C.ünder, 59-pen.
F qrupu
"Midtyulland" (Danimarka) – "Lüdoqorets" (Bolqarıstan) 1:1
Qol: İsaksen, 3 – Despodov, 32.
"Srvena Zvezda" (Serbiya) – "Braqa" (Portuqaliya) 2:1
Qol: Rodiç, 75. Katai, 85 – Qaleno, 76.
G qrupu
"Bayer" (Almaniya) – "Ferentsvaroş" (Macarıstan) 2:1
Qol: Palasios, 37. Virts, 69 – Mae, 8.
"Betis" (İspaniya) – "Seltik" (Şotlandiya) 4:3
Qol: Miranda, 32. Xuanmi, 35; 53. B.İqlesias, 51 – Ayeti, 15. Yuranoviç, 27-pen. Ralston, 87.
H qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Vest Hem" (İngiltərə) 0:2
Qol: M.Antonio, 22. Rays, 50.
"Rapid" (Vyana, Avstriya) – "Genk" (Belçika) 0:1
Qol: Onuaçu, 90+2.