İtaliyanın "İnter" komandası A Seriyasında 1500-cü qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Milan təmsilçisi buna 5-ci tur çərçivəsində qarşılaşdığı "Fiorentina"nı səfərdə 3:1 hesabı ilə məğlub etməklə nail olub.
 
Komanda A Seriyasında ilk qələbəsini 1929-cu ildə "Livorno"ya qarşı əldə edib. Yubiley 91 il 11 ay və 15 gün sonra gerçəkləşib.
 
ötən mövsüm İtaliya çempionu olmuş "İnter" cari mövsümdə də 5 oyundan sonra 13 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest