UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Qəbələ" – "Alkmaar" (Niderland) qarşılaşmasının biletləri satışa çıxıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 (VİP) manatdır.
 
Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.
 
Sentyabrın 29-da keçiriləcək "Qəbələ" – "Alkmaar" oyunu saat 17:00-da başlayacaq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest