Futbol üzrə Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi "Korona" ilə qarşılaşıb. Futbolçumuzun komandası 120 dəqiqə sürən bu oyundan 3:4 hesablı məğlubiyyətlə ayrılıb və mübarizəni dayandırıb.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 107-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest