Futbol üzrə İspaniya La Liqasında 6-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Real Sosyedad” “Qranada”nın, “Betis” “Osasuna”nın qonağı olub. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.
 
Turun son matçında “Barselona” “Kadis”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
 
İspaniya La Liqası
6-cı tur
21 sentyabr
 
Xetafe – Atletiko 1:2
Qol: Mitroviç, 45 – L.Suares, 78; 90.
 
Atletik – Rayo Valyekano 1:2
Qol: Siss, 33-öz qapısına – A.Qarsiya, 5. Falkao, 90+6.
 
Levante – Selta 0:2
Qol: Aspas, 66. B.Mendes, 85.
 
22 sentyabr
 
Sevilya – Valensiya 3:1
Qol: P.Qomes, 3. Lato, 15-öz qapısına. Mir, 22 – Duro, 31.
 
Espanyol – Alaves 1:0
Qol: De Tomas, 54-pen.
 
Vilyarreal – Elçe 4:1
Qol: Pino, 5. Triqeros, 39. Danjuma, 60. Moreno, 90+4 – Mojika, 19.
 
Real – Malyorka 6:1
Qol: Benzema, 3; 78. Asensio, 24; 29; 55. İsko, 84 – K.İ.Li, 25.
 
23 sentyabr
 
Qranada – Real Sosyedad 2:3
Qol: Sançes, 9. Milya, 70-pen – Elustondo, 52; 82. Merino, 60.
 
Osasuna – Betis 1:3
Qol: K.Qarsiya, 39 – Hermoso, 21. Xuanmi, 80. V.Xose, 90+3.
 
Kadis – Barselona 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest