"Barselona"nın baş məşqçisi Ronald Kuman cəzalandırılıb. Matc.az xəbər verir ki, La Liqanın 6-cı turunun "Kadis"lə səfər matçının sonlarında texniki zonadan qovulan Kuman 2 oyunluq diskvalifikasiya olunub. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Kuman "Barselona"nın La Liqada "Levante" və "Atletiko"ya qarşı keçirəcəyi oyunları buraxacaq.
 
"Barselona" La Liqada 7-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest