Bu gün futzal üzrə Birinci və İkinci liqalarda 2021/22 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatmadan əvvəl 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra yeni mövsümün püşkü atılıb. Tədbirdə iştirakçı klubları maraqlandıran suallar da cavablandırılıb.
 
Birinci Liqaya 7-8 oktyabrda, İkinci Liqaya isə 10 oktyabrda start veriləcək.
 
Birinci Liqa
1-ci tur
 
Forza Neftçi – PASO FK
Yasamal İSK – Ulduz
Arenda.az – Qarabağ Füzuli
Metropoliten – Star Karqo
Şuşa – Baku Fire-2
ADBTİA – Zəngilan
Dəstə Ordubad – Standard
 
İkinci Liqa
1-ci tur
 
Advokat – Tim Sport
Baku Fire-3 – İSMA M.A. Baku
Borçalı – Dalğa
Baker Tilly – Bibi-Heybət
Xan-Lənkəran – Rəvan
Zülfüqar – Azərsu
Star Karqo-2 – Atletiko Baku

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest