Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzi özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.
 
O, bu ölkənin "Əl-Rayyan" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransız futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
 
Nzonzi 2018-ci ildən "Roma"da çıxış edirdi. Lakin o, bu komandada möhkəmlənə bilmədiyi üçün 2019/20 mövsümündə "Qalatasaray"da, ötən mövsüm isə "Renn"də icarədə oynayıb. Artıq "Roma" ilə birdəfəlik vidalaşan yarımmüdafiəçi, "Əl-Rayyan"a azad agent kimi transfer olunub. O, əvvəllər "Amyen", "Blekbern", "Stok Siti" və "Sevilya"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest