Futbol üzrə Kipr kubokunda 2021/22 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin komandası "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi "Axironas Liopetriu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağınla (4:0) qalib gəlib və növbəti mərhələyə yüksəlib.
 
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest