Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” Fransada Marsel “Olimpik”inin qonağı olub və səfərdən 1 xalla dönüb. “Fənərbaxça” isə İstanbulda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşmada darmadağına üzülüb.

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Legiya” Polşada İngiltərə “Lester Siti”sini qəbul edib və qalib gəlib.

C qrupunun digər matçında Moskva “Spartak”ı ilə İtaliya nəhənglərindən “Napoli”ylə üz-üzə gəlib. Bu qarşılaşma Rusiya təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” Fransada Marsel “Olimpik”inin qonağı olub və səfərdən 1 xalla dönüb. “Fənərbaxça” isə İstanbulda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşmada darmadağına üzülüb.

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
30 sentyabr

A qrupu

“Sparta” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya) 1:0
Qol: Hançko, 29.

“Olimpik” (Lion, Fransa) – “Bröndbü” (Danimarka) 3:0
Qol: Ekambi, 64; 71. Auar, 86.

Olimpik (Lion) – 6, Sparta – 4, Bröndbü – 1, Reyncers – 0

B qrupu

“Şturm Qrats” (Avstriya) – PSV (Niderland) 1:4
Qol: Stankoviç, 55 – Sanqare, 32. Zahavi, 51. Maks, 74. Vertessen, 78.

“Real Sosyedad” (İspaniya) – “Monako” (Fransa) 1:1
Qol: Merino, 53 – Disasi, 16.

Monako – 4, PSV – 4, Real Sosyedad – 2, Şturm Qrats – 0

C qrupu

“Legiya” (Polşa) – “Lester Siti” (İngiltərə) 1:0
Qol: M.Emreli, 31.

“Napoli” (İtaliya) – “Spartak” (Moskva, Rusiya) 2:3
Qol: Elmas, 1. Osimhen, 90+4 – Promes, 55; 90. İqnatov, 80.

Legiya – 6, Spartak – 3, Napoli – 1, Lester Siti – 1

D qrupu

“Antverpen” (Belçika) – “Ayntraxt” (Almaniya) 0:1
Qol: Pasiensiya, 90+1.

“Fənərbaxça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) 0:3
Qol: Soares, 6. Masuras, 63; 68.

Olimpiakos – 6, Ayntraxt – 4, Fənərbaxça – 1, Antverpen – 0

E qrupu

“Olimpik” (Marsel, Fransa) – “Qalatasaray” (Türkiyə) 0:0

“Latsio” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) 2:0
Qol: Başiç, 13. Patriç, 38.

Qalatasaray – 4, Latsio – 3, Olimpik (Marsel) – 2, Lokomotiv – 1

F qrupu

“Braqa” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 3:1
Qol: Qaleno, 55-pen; 90+5. Horta, 62 – Evander, 19-pen.

“Lüdoqorets” (Bolqarıstan) – “Srvena Zvezda” (Serbiya) 0:1
Qol: Kanqa, 64.

Srvena Zvezda – 6, Braqa – 3, Lüdoqorets – 1, Midtyulland – 1

G qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Betis” (İspaniya) 1:3
Qol: Uzuni, 44 – Fekir, 17. Vinqo, 76-öz qapısına. Tello, 90+5.

“Seltik” (Şotlandiya) – “Bayer” (Leverkuzen, Almaniya) 0:4
Qol: Hinkapye, 25. Virts, 35. Alario, 58-pen. Adli, 90+4.

Betis – 6, Bayer – 6, Seltik – 0, Ferentsvaroş – 0

H qrupu

“Vest Hem” (İngiltərə) – “Rapid” (Vyana, Avstriya) 2:0
Qol: Rays, 29. Benrahma, 90+4.

“Genk” (Belçika) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:3
Qol: İvanuşeç, 10. Petkoviç, 45+3-pen; 67-pen.

Vest Hem – 6, Dinamo (Zaqreb) – 3, Genk – 3, Rapid – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest