"Gələcəyim haqda nəsə deyə bilmərəm. Klubun bu məsələdə nə düşündüyünü bilmirəm. Bu, mənim əlimdə deyil. Görək, necə olacaq. Bütün diqqətim komandadadır. Futbolçuların dəstəyini hiss edirəm".

"Barselona"nın baş məşqçisi Ronald Kuman çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Benfika"ya məğlub olduqları oyundan sonra komandadakı gələcəyi haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, Kuman, "istefa verməyi düşünürsüzmü" sualına belə cavab verib:
 
"Gələcəyim haqda nəsə deyə bilmərəm. Klubun bu məsələdə nə düşündüyünü bilmirəm. Bu, mənim əlimdə deyil. Görək, necə olacaq. Bütün diqqətim komandadadır. Futbolçuların dəstəyini hiss edirəm".
 
"Barselona" çempionlar Liqasında "Benfika"ya (Portuqaliya) 0:3 hesabıyla uduzub. Komanda iki turdan sonra xal toplaya bilməyib və qrup sonuncusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest