17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Aç-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komandamız Albaniya yığması ilə qarşılaşıb.

Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla uduzmuşdu. Qrup oyunlarına ev sahibliyi edən Albaniya isə monteneqrolulara 1:8 hesabıyla məğlub olmuşdu. Bu komandaların öz aralarındakı oyunda qapılara 6 qol vurulub. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Beləcə, Monteneqro qrup lideri olubsa, yığmamız ikinci yeri tutub.

Aç-2022-nin seçmə mərhələsi
30 sentyabr

Azərbaycan – Albaniya 3:3
Qol: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.
Baş hakim: Marina Krupskaya (Rusiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest