"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II turunda səfərdə Kiprin "Omoniya" klubu üzərində qıləbəni (4:1) şərh edib.
 
O, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
"çox çətin oyun gözləyirdim. Bu qələbəyə görə şadıq. "Futbolçulara əzmkar mübarizəyə görə təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Düzdü, ilk hissədə hesabda geri düşdük. Ancaq futbolçular sona qədər mübarizə apardılar. Rəqibə də gələcək oyunlarda uğurlar arzulayıram". "Omoniya" yaxşı komandadı, sürətli oyunçuları var. Futbolçularım sona qədər mübarizə apardılar və layiqli nəticə qazandıq. "Omoniya" əks-hücumda təhlükəli idi. Ancaq komandam qələbə üçün hər şeyi etdi. Hesab böyük olsa da, arxayınlaşmamalı, bununla kifayətlənməməliyik. Qarşıdakı matçlarda da bu cür çıxış etmək lazımdı".
 
çalışdırıcı birinci hissədə məğlub duruma düşmələrinə də münasibət bildirib: "Bizim hətta birinci hissədə də qol imkanlarımız var idi. Fasilədə oyunçulara diqqətli olmağı tapşırdım. İlk yarıdan sonra bu nəticəni gözlədiyimi deyə bilmərəm, amma ikinci hissədə çox yaxşı idik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest