Kiprin "Omoniya" komandasının müdafiəçisi Paris Psaltis evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrupunda Azərbaycan təmsilçisindən aldıqları darmadağının ardından belə danışıb:
 
"İlk hissədə kifayət qədər yaxşı oynadıq, hətta hesabı da açdıq. Amma təəssüf ki, ikinci yarının əvvəllərində qapımızda qol gördük. O qolu buraxandan sonra vəziyyət dəyişdi və yekunda məğlubiyyətlə üzləşdik.
 
"Qarabağ"a məğlubiyyətdən dərs çıxarmalıyıq. Səhvlərimizi təhlil etməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest