Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda Polşanın "Legiya" klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb.
 
O, bu il "Qarabağ"la 13, "Legiya" ilə isə 10 qol vurub. Mahir 23 qolla siyahının 44-cü pilləsində qərarlaşıb.
 
56 oyunçunun yer aldığı siyahıda Mahir "Latsio"dan çiro İmmobileni, "Atletiko"dan Antuan Qrizmannı qabaqlayıb.
 
2021-ci ildə ən çox qol vuran futbolçu "Bayern"in hücumçusu Robert Levandovskidir. Polşalı oyunçu 50 qola imza atıb.
 
Mahir bu ilin iyul ayında "Qarabağ"dan "Legiya"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest