Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tuzlaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
 
"Keçiörengücü" 8 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest