"Keşlə" cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb. Matc.az xəbər verir ki, 6-cı turun "Sabah"la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu quru oyununu keçirib.
 
103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.
 
Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdır. Stanislav bu siyahıda 9-cu legionerdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest