PSJ-nin hücumçusu Kilian Mbappe "RMC Sport" telekanalına müsahibə verib. Matc.az xəbər verir ki, 22 yaşlı hücumçu, iyul ayında Paris klubundan ayrılmaq istədiyini və bunu rəhbərliyə bildirdiyini söyləyib:
 
"Rəhbərlikdən xahiş etdim ki, məni buraxsınlar. Klubla müqaviləmi yeniləməyi planlaşdırmırdım və ayrılanda kluba pul qazandırmaq istəyirdim. Bu klub mənə çox şey verib, burda hər zaman xoşbəxt olmuşam. Düşünürdüm ki, rəhbərliyin xahişimi cavablandırması üçün bunu onlara kifayət qədər tez deməyim lazımdır".
 
Mbappe bu mövsüm Liqa 1-də 9 oyunda 4 qol vurub. Fransalı hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest