Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
 
Matc.az xəbər verir ki, İsmayılova Ukraynanın Zaparoji şəhərində qadın voleybolçular arasında "SK PROMETEY" (Ukrayna) - "Kamnik" (Sloveniya) klublarının ilk qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
 
Çempionlar Liqasının 2-ci raundunun görüşü oktyabrın 7-də "Yunost" İdman salonunda baş tutacaq.
 
Görüşün hakimləri bolqarıstanlı Konstantin Yovçev və finlandiyalı Ari Jokelaynendir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest