"Mançester Yunayted"in sahibi olan Qleyzer ailəsi İngiltərə klubunun 9.5 milyon avroluq səhmini satıb. Matc.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, Kevin və Edvard Qleyzer bu klubdakı 8 faizlik paylarını 186.86 milyon avroya satıblar.
 
Hazırda Qleyzer ailəsi "Mançester Yunayted"in səhmlərinin 69 faizinə sahibdir.
 
Xatırladaq ki, Malkolm Qleyzer sözügedən klubu 2005-ci ilin mayında alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest