"Qəbələ"nin futbolçusu Rüfət Əhmədov Almaniyada əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın Mətbuat xidmətindən məlumat verilib.
 
Əyalət təmsilçisindən bildirilib ki, toqolu oyunçu Yaovi Akakpo isə Ukraynada əməliyyat ediləcək: "O, afrikalı olduğu üçün Ukraynaya viza almaq bir az gec oldu. Plana görə, oktyabrın 18-də paytaxt Kiyevə yollanacaq". (Report)
 
Qeyd edək ki, hər iki oyunçunun yaşıl meydanlardan ən azı 6 ay kənarda qalacağı gözlənilir. AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edən Rüfət Əhmədovun müalicə xərclərini öz üzərinə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest