Futbol üzrə İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbol üzrə İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu gün qələbə qazanmaq önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. Rəqib ikinci hissədə topa sahib olsa da, 100 faizlik qol epizodları yarada bilmədi. İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci yarıda çox ağıllı oynadıq. 3-cü qolu daha tez vura bilərdik. Amma sonuncu dəqiqədə gəldi. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq.
 
Maçtdan öncə 3:0 hesablı qələbə qazanacağımızı desəydilər, inanmazdıq. Möhtəşəm oyun oldu. Nətəcəyə görə xoşbəxtik. Azərbaycanla ev matçından sonra tənqidlə üzləşmişdik. Amma son 3 görüşdə öz oyunumuzu tapdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest