Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın "sükanı arxasına" almaniyalı Markus Gisdol gətirilib.
 
52 yaşlı almaniyalı mütəxəssis oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.
 
Gisdolun son iş yeri Almaniyanın "Köln" klubu olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest