Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiya yığması ilə qarşılaşacaq.

Futbol üzrə Azərbaycan millisinin və Polşanın "Legiya" klubunun hücumçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş növbəti testin nəticəsi bəlli olub. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçunun üçüncü analizinin cavabı da mənfi çıxıb.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bunlar qeyd olunub:
 
"Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi. Oktyabrın 11-də Mahir Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.
 
Azərbaycan millisi bu gün Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiya yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest