İspaniyanın "Real" klubu itkiylə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliya milli komandasının düşərgəsində zədələnən Militao "Real"ın qarşıdakı bir neçə oyununu buraxa bilər.
 
İspaniyanın "Onde Cero" nəşri Militaonun çempionlar Liqasının "Şaxtyor"la (Ukrayna) oyununda iştirak etməyəcəyini bildirib. Bundan başqa, müdafiəçi La Liqanın 10-cu turunun "Barselona"yla oyununu da buraxa bilər.
 
"Real" "Şaxtyor"la oktyabrın 19-da, "Barselona"yla isə 24-də oynayacaq.
 
Militao bu mövsüm "Real"la 10 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest