29 Sentyabr 2026, 22:54
FUTBOL
Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştiano Ronaldo yığmanın məşqini buraxıb.
Matc.az xəbər verir ki, bu barədə "Cabine Desportiva" nəşri məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı forvard "Malmö" stadionunda gimnastika hərəkətlərini yerinə yetirmək üçün lazımi avadanlıqların olmaması səbəbindən oteldə xüsusi proqram üzrə məşq edib.
Xatırladaq ki, sentyabrın 27-dək Millətlər Liqasının qrup mərhələsinin II turunda Portuqaliya millisi Norveçə 2:1 hesabı ilə qalib gəlib. Ronaldo həmin qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasında izləyib və final fitindən dərhal sonra birbaşa paltardəyişmə otağına yollanıb.













