Türkiyə Futbol Federasiyası (TFF), Mərkəzi Hakim Şurası (MHK) üzvlərinin saxlanılması ilə bağlı ölkə gündəmini sarsıdan rəsmi açıqlama yayıb.
Türkiyə Futbol Federasiyası (TFF), Mərkəzi Hakim Şurası (MHK) üzvlərinin saxlanılması ilə bağlı ölkə gündəmini sarsıdan rəsmi açıqlama yayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində, dünən günorta saatlarında İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları TFF Hasan Doğan Milli Komandaların Düşərgə və Təlim Mərkəzində yerləşən Video Köməkçi Hakim (VAR) otağında araşdırma aparıblar.
Federasiyanın müvafiq departament rəsmilərinin məlumatı və iştirakı ilə reallaşan bu prosesin məqsədinin aidiyyatı qurumların apardığı istintaq xəttinə uyğun dəyərləndirildiyi qeyd edilib. Sosial şəbəkələrdə yayılan "Hakim İşləri Departamentindəki bəzi rəqəmsal materiallar silinib və polis əməkdaşları onları geri qaytarıb" iddialarının isə tamamilə əsassız və yalan olduğu diqqətə çatdırılıb.
Polis qüvvələrinin VAR otağına daxil olmasının əsas səbəbi kimi türk futbolunda başladılan genişmiqyaslı "təmiz futbol əməliyyatı" çərçivəsində maddi sübutların toplanması göstərilir. İstintaq çərçivəsində hakimlərin dərəcələrinin qaldırılmasında, imtahan nəticələrində və klasman siyahılarında rəsmi sənədlərin saxtalaşdırılması iddiaları araşdırılır.
Eyni zamanda, bəzi hakimlərə qarşı MHK rəhbərliyi tərəfindən ciddi təzyiqlərin edildiyi və rəqəmsal yazışmalarda bununla bağlı gizli detalların olduğu bildirilir.
Maliyyə xəfiyyələri VAR otağındakı kompüterlərdə hakim təyinatı datalarını, server qeydlərini və serverlərin rəqəmsal arxivini araşdıraraq mümkün qanunsuzluqların izinə düşüblər.
TFF bu cür yalan məlumat yayan şəxslər barəsində prokurorluğa şikayət edəcəyini bildirsə də, hüquq-mühafizə orqanları ilə istintaqın sağlam idarə olunması üçün tam əməkdaşlıq etdiyini bəyan edib.













