Futbol üzrə Paraqvay milli komandasının baş məşqçisi Eduardo Berisso ilə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Berissonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Paraqvay yığması dünən DÇ-2022-nin seçmə mərhələsində Boliviyaya 0:4 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest