"Liverpul"un futbolçusu Loris Karius 2018-ci ildə çempionlar Liqasının "Real"la final matçında etdiyi səhvlərə görə onu tənqid edənlərə cavab verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, alman qapıçı, "Liverpul"un bəzi azarkeşlərini axmaq adlandırıb:
 
"Sosial şəbəkədə bəzi axmaqlar var. Onlar heç vaxt həqiqi azarkeş olmayıb. "Liverpul" azarkeşləri nə olur olsun, hər zaman futbolçunun arxasında durur".
 
"Liverpul" 2018-ci ildə çL-in finalında "Real"a 1:3 hesabıyla məğlub olub. Mersisayd təmsilçisinin qapıçısı Karius sözügedən oyunda iki ciddi səhvə yol verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest