"Atalanta" rəhbərliyi, mövsümün əvvəlində komandanın uğursuz çıxışına baxmayaraq, baş məşqçi Maurisio Sarrinin işinə tam etibar etməkdə davam edir.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, klubda italyan mütəxəssisin işi şübhə altına alınmır və onun rəhbərliklə birlikdə Berqamoda qurduğu layihəyə ümid bəslənilir. Ardıcıl üç məğlubiyyət hələlik Sarrinin mövqeyinə təsir göstərməyib.
Xatırladaq ki, 67 yaşlı mütəxəssis komandanı bu yay, 2025/26 mövsümünün başa çatmasından sonra istefaya göndərilən Raffaele Palladinonun əvəzinə rəhbərliyə gətirilib. Sarrinin özünün əvvəlki iş yeri isə 2021/2024 və 2025/2026-cı illərdə rəhbərlik etdiyi Romanın "Latsio" klubu olub.
A Seriyasının beş turundan sonra "Atalanta" 6 xal toplayıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Komanda A Seriyasında "Roma" (1:2), "Kalyari" (1:2) və "Yuventus"a (0:2) uduzub.













