Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" turun ilk günündə "Zirə" ilə görüşəcək.
 
"Qırmızı-qaralar" 1-ci dövrənin son matçını evdə keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma iki rəqib arasında ümumilikdə 26-cı duel kimi tarixə düşəcək. Əvvəlki 25 qarşılaşmada 9 qələbə qazanan "Qəbələ" 11 və 5 dəfə məğlub olub. Rəqib qapısına 33 qol vuran "Qəbələ" 22 top buraxıb. "Qırmızı-qaralar"ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 
 
İndiyədək keçirilən 25 görüşdən 23-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 7 dəfə rəqibini üstələyən komanda 11 matçdan 1 xalla ayrılıb. Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 26 qol vuran "qırmızı-qaralar" 20 top buraxıb.
 
"Qəbələ" 13-cü dəfə "Zirə"ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 6 sülhə imza atıb və yalnız bir dəfə uduzub. Doğma divarlar arasında 18 qol vuran "Qəbələ" 9 top buraxıb.
 
Oktyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Zirə" matçına saat 17:00-da srart veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest