Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dnepr-1" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.
 
Nuriyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Kolos" 11 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest