İtaliyanın "Milan" klubunun futbolçusu Ante Rebiç sıradan çıxıb. Matc.az xəbər verir ki, xorvatiyalı hücumçu A Seriyasının 8-ci turunun "Verona" ilə matçında zədələnib. Rebiç 36-cı dəqiqədə Rafael Leaoyla əvəzlənib.
 
Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Milan" – "Verona" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest