22 Oktyabr 2021, 10:32
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib. Matc.az xəbər verir ki, bu ada "Vest Hem"dən (İngiltərə) İssa Diop, "Napoli"dən Lorenso İnsinye, "Lester Siti"dən (İngiltərə) Patson Daka və Lion "Olimpik"indən (Fransa) Karl-Toko Ekambi namizəd olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.