Bu gün futbol üzrə İspaniya La Liqasının 10-cu turu çərçivəsində "Barselona" – "Real" oyunu keçiriləcək. Matc.az xəbər verir ki, "El Klasiko" öncəsi baş məşqçilər ənənəvi mətbuat konfranslarında matçla bağlı fikirlərini bölüşüblər.
 
"Barselona"nın baş məşqçisi Ronald Kuman: "Real"la oyun vacibdir. Bu oyunla doğru yolda olduğumuzu göstərə bilərik. Matçın start fitindən etibarən qorxmadan və qələbə arzusuyla mübarizəyə başlayacağıq. İnsanlar bizə inanırmı? Bilmirəm, amma biz özümüzə güvənirik. Oyunun favoriti yoxdur. Matç doğma meydanımızdadır. Heç bir qorxum yoxdur".
 
"Real"ın baş məşqçisi Karlo Ançelotti: "Komandada narahatlığın olması normaldır. Bəzən bu, qorxuya da çevrilir. Bunlar yaxşı hisslərdir. Qorxmursuzsa, bir aslanın pişik olduğunu düşünməyə başlayırsız. Qorxu yaxşı hissdir. Əsas olan inamdır. Məncə, texniki və fiziki keyfiyyətlərə sahib olan yaxşı komandam var. Bəzən oyundan əvvəl, bəzən oyun zamanı, bəzən də oyundan sonra qorxmağa başlayırsan. Qeyd etdiyim kimi, qorxu yaxşıdır, pis deyil. Mən heç vaxt oyundan əvvəl qorxu hissi yaşamamışam. Həyatda uduzmaqdan daha pis şeylər var.
 
"Kamp Nou"da qələbə qazanmağın vaxtıdır. Qələbə – üç xaldır. çempion olmaq istəyiriksə, "Barselona"nı məğlub etməyimiz kifayət deyil. Bütün komandaları üstələməliyik".
 
"Barselona" – "Real" matçına saat 18:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest