İspaniyanın "Barselona" komandası ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki De Yonq zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçu La Liqanın 9-cu turu çərçivəsində evdə "Real"a 1:2 hesabı ilə uduzduqları matçda sıradan çıxıb. İkinci hissədə bud əzələsindən xəsarət alan 24 yaşlı oyunçu 77-ci dəqiqədə Serxi Roberto ilə əvəzlənib.
 
De Yonqun sıraya dönmə vaxtı bərpa prosesinin gedişindən asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest