Onların arasında PSJ-də çıxış edən Lionel Messi, Neymar və Kilian Mbappe, "Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo və "Bayern"in bombardiri Robert Levandovskinin də adı var:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 32 futbolçu yer alıb.
 
Onların arasında PSJ-də çıxış edən Lionel Messi, Neymar və Kilian Mbappe, "Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo və "Bayern"in bombardiri Robert Levandovskinin də adı var:
 
Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar, Markinyos, Əşrəf Hakimi (hamısı PSJ, Fransa), Leonardo Bonuççi, Ueston Makkenni (hər ikisi "Yuventus", İtaliya), Jorjinyo, Nqolo Kante (hər ikisi "çelsi", İngiltərə), Kevin De Bruyne, Rahim Sterlinq, Riyad Mahrez (hamısı "Mançester Siti", İngiltərə), Robert Levandovski, Alfonso Deyvis (hər ikisi "Bayern", Almaniya), Kristiano Ronaldo ("Mançester Yunayted", İngiltərə), Erlinq Haland, Covanni Reyna (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Rodriqo De Paul, Luis Dias, Mehdi Taremi (hamısı "Portu", Portuqaliya), Kazemiro ("Real", İspaniya), Qabriel Barboza ("Flamenqo", Braziliya), Əkrəm Afif ("Əl Sədd", Qətər), Sərdar Azmun ("Zenit", Rusiya), Son Xın Min ("Tottenhem", İngiltərə), Əli Mabhut ("Əl Cəzirə", Birləşmiş Ərəb Əmirlikləri), Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul", İngiltərə), Kalidu Kulibali ("Napoli", İngiltərə), Raul Ximenes ("Vulverhempton", İngiltərə), Ektor Errera ("Atletiko Madrid", İspaniya).
 
İFFHS 2021-ci ilin ən yaxşı futbolçusunun adını noyabrın sonlarında açıqlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest