"Legiya" klubu komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran Kovalçiki məhkəməyə verməyə hazırlaşır. Polşa mətbuatında yayılan xəbərlərə görə, keçmiş hücumçunun ittiham etdiyi futbolçular arasında Mahir Emreli də var.

Polşanın "Legiya" klubunun sabiq futbolçusu Voytsex Kovalçik açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata danışan keçmiş hücumçu, Varşava təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emrelini tənqid edib:
 
"Mahir Emreli də çeslav Mixneviç (komandanın keçmiş baş məşqçisi) kimidir. Avropada yaxşı, çempionatda bərbaddır. Başlıqda bunu versəz, narahat olmayacam. Mixneviç artıq vəzifəsindən ayrılıb. Onu göndərmək futbolçuları göndərməkdən daha rahatdır. Bəlkə də, kubokda uduzmaqdan qorxdular".
 
"Legiya" klubu komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran Kovalçiki məhkəməyə verməyə hazırlaşır. Polşa mətbuatında yayılan xəbərlərə görə, keçmiş hücumçunun ittiham etdiyi futbolçular arasında Mahir Emreli də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest