Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi Liqa 1-də qeyri-dəqiq zərbələrə görə birinci pillədə qərarlaşıb. Matc.az xəbər verir ki, 34 yaşlı hücumçu indiyədək rəqib qapılarına 15 zərbə vurub və bunlardan yalnız 4-ü çərçivəyə düşüb.
 
Hələlik Fransa çempionatında fərqlənə bilməyən forvard yalnız UEFA çempionlar Liqasında 3 qola imza atıb.
 
Lionel Messi PSJ-nin "Lill"i 2:1 hesabı ilə məğlub etdiyi 12-ci tur oyununda iştirak edib. Argentinalı oyunçu özünü yaxşı hiss etmədiyi üçün birinci hissədən sonra əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest