Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
"Altay" - "Sivasspor" matçında qalib müəyyənləşməyib. "Kasımpaşa" "Yeni Malatyaspor"u məğlub yola salıb.
 
"Beşiktaş" bu turda "Hatayspor" səfərinə yollanıb. Son dövrlər qeyri-sabit çıxışı ilə diqqət çəkən son çempion bu oyunda da məğlubiyyətə üzülüb.
 
"Fənərbaxça" isə "Konyaspor"la səfər oyunundan məğlubiyyətlə ayrılıb.
 
Türkiyə Super Liqası
11-ci tur
29 oktyabr
 
Trabzonspor – Rizəspor 2:1
Qol: Djanini, 43-pen. Nvakaeme, 73 – Cokoviç, 22-pen.
 
30 oktyabr
 
Kasımpaşa – Yeni Malatyaspor 2:0
Qol: Sadiku, 54. U.Bozok, 73.
 
Altay – Sivasspor 1:1
Qol: Bamba, 44 – Yatabare, 38.
 
Hatayspor – Beşiktaş 1:0
Qol: Lobjanidze, 6.
 
Konyaspor – Fənərbaxça 2:1
Qol: S.Dikmen, 3. A.Bardakçı, 11 – İ.Kahveçi, 84.
 
31 oktyabr
 
14:30 Kayserispor – Fatih Karagümrük
17:00 Alanyaspor – Göztəpə
20:00 Qalatasaray – Qaziantep
 
1 noyabr
 
21:00 Girəsunspor – Antalyaspor
21:00 Başakşəhər – Adana Dəmirspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest