Futbol üzrə Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
 
"Ayntraxt" – "Leyptsiq" matçında qalib müəyyənləşməyib. "Arminiya" doğma meydanda "Maynts"a, "Bayer" isə "Volfsburq"a məğlub olub. "Frayburq" da "Qroyter"lə ev oyunundan qalib ayrılıb.
 
Dortmund "Borussiya"sı bu turda "Köln"ü sınağa çəkib və inamlı qələbəyə sevinib. Almaniya kubokunda Mönhenqladbax "Borussiya"sına 5 cavabsız qolla uduzan "Bayern"in çempionatdakı rəqibi "Union Berlin" olub. Münhen təmsilçisi bol qollu bu matçda darmadağınla qalib gəlib.
 
Almaniya Bundesliqası
10-cu tur
29 oktyabr
 
Hoffenhaym – Herta 2:0
Qol: Kramariç, 19. Rudi, 36.
 
30 oktyabr
 
Arminiya – Maynts 1:2
Qol: Laursen, 42 – J.S.Li, 25. Burkardt, 69.
 
Bayer – Volfsburq 0:2
Qol: Nmeça, 48. Arnold, 51.
 
Borussiya (Dortmund) – Köln 2:0
Qol: T.Hazard, 40. Tiggers, 64.
 
Union Berlin – Bayern 2:5
Qol: Gisselmann, 43. Ryerson, 65 – Levandovski, 15; 23. Sane, 35. Koman, 61. Müller, 79.
 
Frayburq – Qroyter 3:1
Qol: Asta, 20-öz qapısına. Hofler, 39. Qrifo, 79-pen – Levelinq, 74.
 
Ayntraxt – Leyptsiq 1:1
Qol: Tuta, 90+4 – Poulsen, 35.
 
31 oktyabr
 
18:30. Auqsburq – Ştutqart
20:30. Borussiya (Mönhenqladbax) – Bohum

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest