Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Atalanta" doğma meydanda "Latsio" ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
"Yuventus" bu turda səfərdə "Verona"nı sınağa çəkib. Uğursuz mövsüm keçirən Turin təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb.
 
Turinin digər təmsilçisi "Torino" isə "Sampdoriya" ilə ev oyununda darmadağına sevinib.
 
İtaliya A Seriyası
11-ci tur
30 oktyabr
 
Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.
 
Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.
 
Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.
 
31 oktyabr
 
15:30 İnter – Udineze
18:00 Cenoa – Venetsiya
18:00 Sassuolo – Empoli
18:00 Fiorentina – Spetsiya
21:00 Salernitana – Napoli
23:45 Roma – Milan
 
1 noyabr
 
22:45 Bolonya – Kalyari

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest