Futbol üzrə çexiya 2-ci divizionunda 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Jihlava" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
 
"Viktoriya" 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest