Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Axmat"la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
 
"Ufa" 13 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest