Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Lvov "Rux"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
 
"Aleksandriya" 13 turdan sonra 20 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest