Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bilinib. Matc.az xəbər verir ki, bu ada "Vest Hem"dən (İngiltərə) Said Benrahma, Lion "Olimpik"indən (Fransa) İslam Slimani, "Braqa"dan (Portuqaliya) Rikardo Horta və "Bayer"dən (Almaniya) Mussa Diabi namizəd olub.
 
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest